Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:32

ÜST-ün direktoru: «Toyuq əti və yumurta yeməyin vaxtıdır»


Toyuq əti yemək təhlükəli deyil və mən Azərbaycan xalqına demək istəyirəm ki, artıq toyuq əti və yumurta yeməyin vaxtıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda səfərdə olan baş direktoru Çon-vuk-Li deyir. Cənab Li Azərbaycanın «quş qripi»ylə mübarizəsini müsbət qiymətləndirir: «Azərbaycanın çox yaxşı monitorinq və nəzarət sistemi var ki, bu da «quş qripi» virusunun qarşısını tezliklə almağa kömək etdi».


Azərbaycanda səhiyyə sahəsində islahatlara gəlincə, cənab Li bu fikirdədir ki, hökumətdə hər kəs bu barədə düşünür, həmin məsələ onun ölkə prezidenti və Baş nazirlə görüşlərində müzakirə olunub. ÜST baş direktorunun fikrincə, siyasi iradə olmadan, heç bir iş görülə bilməz, Azərbaycanda isə ən yüksək səviyyədə belə bir iradə var. O, həmçinin Azərbaycanda 20 faizdən çox iqtisadi artımın olduğunu və bunun təkcə neft sahəsiylə bağlı olmadığını da önə çəkir: «Belə bir vəsaitlə, büdcə artımı və siyasi iradəylə səhiyyə sahəsində islahatlara nail olmaq mümkündür».


ÜST-ün baş direktoru Çon-vuk Li Azərbaycana səfər müddətində bu ölkəylə ikitərəfli münasibətləri, «quş qripi»lə bağlı görülmüş işləri, səhiyyə sistemində islahatlarla bağlı planları və təşkilatın göstərə biləcəyi texniki dəstəyi müzakirə edib.


XS
SM
MD
LG