Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

«Barmek»in daha iki əməkdaşı həbs edildi


«Barmek»in satış direktoru Valeh Zeynalov və şirkətin keçmiş baş meneceri Çingiz İbadovu aprelin 24-də Baş prokurorluq həbs edib. «Barmek»in prezidenti Hüseyn Arabul «Azadlıq» radiosuna müsahibəsində belə deyib: «Bir halda ki, indiyə qədər haqsız yerə o biri əməkdaşlarımızı həbs eləyiblər, istəyirlərsə, məni də həbs eləsinlər, mən gözləyirəm».


Baş prokurorluqdan faktı təsdiq ediblər və bildiriblər ki, həbs edilənlər şirkət barədə açılmış cinayət işində təqsirləndirilirlər.


Bakı və ətraf bölgələrin elektrik paylayıcı şəbəkəsi kimi fəaliyyət göstərən Türkiyə şirkəti olan «Barmek»ə qarşı Azərbaycan prokurorluğu mənimsəmə və korrupsiya ittihamları irəli sürüb. İttihamın élan olunmasından indiyə qədər şirkətin 11 nəfər yüksək vəzifəli əməkdaşı həbs edilib.


XS
SM
MD
LG