Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:21

Arabul həbs olunacağına inanmır


Səs: Real audio
Körpülər təxminən 25 milyon dollara başa gələcək Artıq bir neçə gündür ki, Respublika Prokurorluğu «Barmek» şirkəti ilə bağlı cinayət işi qaldırıb. İstintaqı Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Şirkətin 3 məsul əməkdaşı həbs edilib. Onlar küllü miqdarda əmlak mənimsəməkdə, vəzifə saxtakarlığında və vəzifədən sui-istifadədə ittiham edilirlər



Baş prokurorun müavini Eldar Nuriyev bildirib ki, Hüseyn Arabulun həbs edilib-edilməyəcəyi isə istintaqın sonrakı gedişindən asılıdır: "İndi Hüseyn Arabulun həbs edilib-edilməyəcəyi ilə bağlı qəti fikir söyləmək çox çətindir. Ancaq bütün müqəssirlər cəzalanacaq".



Hüseyn Arabul da istintaqın bitməsini gözləyir. Ona görə də hələ ki, ittihamlara yalnız qısa münasibət bildirməklə kifayətlənir. Bununla belə o, özünün həbs edilməsini mümkün saymır: "Məndən olsaydı, deyərdim ki, yoldaşlarımın da həbs edilməsi mümkün deyil. Çünki bizdə heç bir suç yoxdur".



Hüseyn Arabulun sözlərinə görə, «Barmek» müqavilə şərtlərinə əsasən hələ ki, düz 20 il Azərbaycanda fəaliyyət göstərməlidir. Nə qədər ki, ona "Azərbaycanı tərk et" deməyiblər, müqaviləyə uyğun işləmək niyyətindədir.



Ancaq Hüseyn Arabula yaxın çevrələr müqavilə şərtlərini birtərəfli qaydada dayandıraraq «Barmek»in Azərbaycandan çıxarılmasının çox ağır nəticələrindən bəhs edirlər. Məsələn, bəzi çevrələrdə belə fikir səslənir ki, «Barmek»in çıxıb getməsi Azərbaycan hökumətinə 250 milyon dollara başa gələcək. Onlar bu məbləğə həm qoyulan investisiyaları, həm də təzminat xərclərini aid edirlər. Bu iddialardan belə görünür ki, «Barmek»in Azərbaycandan çıxarılması ikinci «Saka Korkmaz» olayına çevrilə bilər.



Təqribən bir neçə il əvvəl Türkiyənin «Saka Korkmaz» şirkəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə yaşanan borc qalmaqalı üzündən Azərbaycanın bir neçə təyyarə və gəmlərini Türkiyə ərazisində saxlatmışdı. Nəticədə Azərbaycan «Saka Korkmaz» şirkətinə bir neçə milyon dollar cərimə ödəməli oldu. Hüseyn Arabul da deyir ki, Azərbaycana qoyduğu pulları bağışlamaq niyyətində deyil: "Niyə bağışlayım. İndi ata oğluna pul bağışlamır. Onu oxudur, sonra da məni saxla deyir".



Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı da «APA» agentliyinə bildirib ki, onlar hələlik hadisələrin gələcək inkişafını izləyirlər. Agentliyin yazdığına görə, səfir lazım gələrsə, Hüseyn Arabulu müdafiə edə biləcəklərini də dilə gətirib.



"Turan" informasiya agentliyinin eksperti İlham Şaban deyir ki, «Barmek»ə edilən hücumlara ölkədə əmlakın yenidən bölüşdürülməsi siyasəti kimi baxmaq lazımdır. Onun sözlərinə görə, xüsusilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra yeni bölgü siyasəti xeyli sürətlənib. İstintaq isə Fərhad Əliyevin «Bamrek»ə yaxınlığı ilə bağlı qəti heç nə demir. Baş prokurorun müavini Eldar Nuriyev deyib ki, bu məsələyə aydınlıq gətirmək hələ ki, tezdir.



«Barmek»in müqavilə şərtlərinə nə dərəcədə əməl edib-etmədiyi də indi əsas mübahisə mövzularından biridir. İlham Şaban deyir ki, əgər müstəqil araşdırma olarsa, buna aydınlıq gətirmək mümkündür. İlham Şaban yada salır ki, «Barmek» rəhbərliyi daim bir çox dövlət orqanlarının işıq pulunu ödəmədiklərindən şikayətlənib: "Prezident yoxsullara deyirdi ki, pulunuz yoxdur, işıq pulu verməyin. Bəs bunun əvəzində «Barmek»ə kompensasiya verildimi? Bir çox nazirliklər işıq pulu vermirlər. Bəs bütün bunların sonu necə olmalıydı?".



İlham Şaban deyir ki, əgər hökumət istəsəydi, çoxdan bu problemi yoluna qoyardı. Ancaq onun sözlərinə görə, indi hökuməti öhdəliklərin yerinə yetirilməsindən çox «Barmek»in çıxıb get
XS
SM
MD
LG