Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33
Rubrikalar

2006-cı ildə neft hasilatı 30 milyon tonu keçəcək


Səs: Real audio
«Barmek» şirkəti elektrik sayğaclarını Çindən 3-5 dollara alır, amma əhaliyə 16 dollara satır. Bu sayğacların əksəriyyəti düzgün işləmir» - Azərbaycan prezidenti İlham Əliyev yapon iş adamlarını Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymağa çağırıb və qoyulan sərmayələrə dövlət təminatı veriləcəyini bildirib. Bunu İlham Əliyev Yaponiyaya səfəri çərçivəsində iki ölkənin hökumət və iş adamlarının iştirak etdiyi biznes-forumda deyib. Forumda Azərbaycan tərəfdən 30, Yaponiyadan isə 100-dək şirkətin nümayəndəsi iştirak edib.



- BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin ucqar ərazilərdə məskunlaşan məcburi köçkünlərə yardım layihəsi 2006-cı ilin iyun ayında başa çatacaq. Proqramın Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, 18 milyon dollar vəsait tapılarsa, layihəni daha iki illiyinə uzatmaq olar. Bu vaxta qədər ucqar ərazilərdə məskunlaşan 130 min məcburi köçkünə ərzaq yardımı edilib.



- Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumata görə, 2006-cı ildə ölkədə neft hasilatı rekord göstəricini – 30 milyon tonu keçəcək. Ötən il Azərbaycanda 22 milyon tondan çox neft və 6 milyard kubmetrə yazın qaz çıxarılıb.
XS
SM
MD
LG