Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:20
Rubrikalar

«Barmek» Azərbaycandan getməyə hazırdır


Səs: Real audio
Robert Koçaryan: «Siz narahat olmamalısınız. Görsəniz ki, Ermənistan prezidenti danışıqlardan kənarlaşır, yalnız o zaman narahat ola bilərsiniz. Çünki bu o demək olacaq ki, ya prezident danışıqların uğurlu olacağına inanmır, ya da bu işi axıra çatdırmaq üçün özündə güc tapmır» - «Barmek-Azərbaycan» lazım gələrsə, Azərbaycandan getməyə hazırdır. Şirkətin prezidenti Hüseyn Arabul martın 2-də keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, «Azərenerji» «Barmek»in fəaliyyətinə mane olmaq və onu gözdən salmaq məqsədilə tez-tez enerji təchizatında təxribatlara yol verir.



Bir neçə gün əvvəl «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyev «Barmek»in vəzifəsinin öhdəsindən gələ bilmədiyini demişdi.



İqtisadi inkişaf naziri Heydər Babayev də «Barmek»ə xəbərdarlıq edildiyini və çatışmazlıqlar aradan qaldırılmayacağı təqdirdə «Barmek»in müqaviləsinə xitam veriləcəyini deyib.



- Bu il martın 1-dən sentyabrın 1-dək avtomobilindən yük və sərnişin daşımaları üçün istifadə edən hər kəs lisenziya almalıdır. Bundan ötrü avtomobillər öncə texniki baxışdan keçirilməli, sonra isə 100 yeni manata 5 illik lisenziya alınmalıdır. Lisenziya vəsiqəsinin müddəti 1 il olacaq ki, onu yeniləmək istəyən sürücü hər il texniki ekspertizadan keçməyə məcbur olsun.



Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, bu qayda həm ictimai nəqliyyata, həm də taksilərə aid ediləcək. Lisenziyalaşdırmanı həyata keçirmək və nəzarət üçün Bakı da daxil olmaqla nazirliyin 10-a yaxın regional şöbəsi yaradılacaq.



- Azərbaycandakı alüminium sektoruna nəzarət edən "Fondel Metal" şirkəti investisiyalarla bağlı öhdəliklərini yerinə yetirmir. Bu hal davam edərsə, şirkətlə müqavilə pozula bilər.



"Hökumət "Fondel Metal"ı danışıqlara dəvət edib" deyən iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, müzakirələrdən sonra şirkətlə müqaviləyə yenidən baxıla bilər.



Heydər Babayev eyni zamanda Rusiyanın "Rusal" alüminium şirkəti ilə danışıqlar aparıldığını, həmin şirkətin təkliflərini də müsbət qiymətləndirdiklərini bildirib.



Bir həftə öncə "Fondel Metal" şirkətinin açıqlamasında bildirilirdi ki, seçkilərdən sonra hökumətdəki bəzi qüvvələr onları Azərbaycandan sıxışdırmağa çalışırlar.



- Quşçuluq fabriklərinin "quş qripi" epidemiyası ilə bağlı onlara güzəştlər edilməsi üçün hökumətə ünvanladığı müraciət müsbət cavablandırıla bilər. İqtisadi inkişaf naziri Heydər Babayev 3 ay ərzində fabriklərin kommunal ödənişləri və vergi borclarının dondurulması haqda düşündüklərini deyib.
XS
SM
MD
LG