Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

Fövqəladə Hallar Nazirliyinin hərbiləşdirilmiş xüsusi mühafizə xidməti olacaq


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyətini təşkil etmək haqqında fərman imzalayıb. Sənədə əsasən, FHN-in Təcili Xilasetmə Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə «112» qaynar telefon xətti təşkil edilir.



Fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qala bilən strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsini təşkil etmək məqsədi ilə FHN-in hərbiləşdirilmiş xüsusi mühafizə xidməti yaradılır.



Fərmana görə, «Xəzər İxtisaslaşdırılmış Hövzə Qəza-Xilasetmə» Açıq Tipli Səhmdar Cəmiyyətinin balansında olan gəmi yanalma körpüləri və gəmilər FHN-in tabeliyinə verilir.



Sənədlə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun tətbiq edilməsi barədə» fərmanın 2-ci bəndinin dördüncü abzasında «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi» sözləri və «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» fərmanın 1-ci bəndində «vergilər» sözündən sonra «fövqəladə hallar» sözləri əlavə edilir.
XS
SM
MD
LG