Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Həmməruzəçilərin səfəri yubanır


Səs: Real audio
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel Bakıya aprelin sonlarında gələcəklər Onlar Avropa Şurasının seçkiləri monitorinq missiyasıyla birlikdə Azərbaycana səfər etmək istəyir. Bunu "Azadlıq" radiosuna həmməruzəçilərdən biri – Andres Herkel deyib.



Həmməruzəçilər növbəti monitorinq üçün fevralın sonunda Bakıya gəlməliydilər. Cənab Herkelin dediyinə görə, onlar martın 8-də səfər üçün Monitorinq Komitəsinə müraciət edəcəklər.



İyunun sonunda həmməruzəçilər AŞPA-ya Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinə dair məruzə təqdim edəcəklər.



Azərbaycanın hökumət rəsmilərinin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin mandatı təsdiqlənəndən sonra bəzi AŞ rəsmilərinin fiaskoya uğradığı, onların istefa verməli olduqları barədə səsləndirdikləri fikirlərə gəlincə, Andres Herkel deyir ki, onların məqsədi heç də Azərbaycanı Avropa Şurasından xaric etmək olmayıb, daha yumşaq cəza, məsələn, səsvermə hüququnun məhdudlaşdırılması istənilib.



Cənab Herkelin dediyinə görə, AŞPA-nın Azərbaycanda seçkilərə münasibəti heç də fərqli olmayıb, mübahisələr yalnız məsələyə münasibətin forması üstündə olub – buna dərhal münasibət bildirmək, yaxud iyundakı məruzəni gözləmək.



Andres Herkel sadəcə, AŞPA üzvlərindən bəzilərinin Azərbaycandakı prosesləri həmməruzəçilər qədər izləmədiyini deyir.
XS
SM
MD
LG