Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Qəzetləri hökumət bağlaya bilmədi, indi Mətbuat Şurası bağlamaq istəyir


Səs: Real audio
«İşgəncələr Əleyhinə Komitə»nin sədri Elçin Behbudov Baş prokuror Zakir Qaralova müraciət edib Düzdür, çoxunu yox, bəzilərini



Azərbaycan mətbuatında, xüsusilə müxalifyönlü qəzetlərdə dövlət rəsmilərinin milli mənsubiyyətiylə bağlı, onlara qarşı korrupsiya ittihamları tez-tez səslənir. Bəzi hallarda ayrı-ayrı qəzetlərə qarşı böhtan, təhqir yazmaq iddialarıyla məhkəmələr də olur, əksər hallarda qəzetlər cərimələnir.



İndi isə Mətbuat Şurası [MŞ] özünə yeni səlahiyyətlər istəyir. Bura qəzetlərin fəaliyyətini müəyyən müddətə dayandırmaq, onları cərimələmək daxildir. Bu səlahiyyətlər "Mətbuat Şurası haqqında" Qanunun ilkin layihəsində nəzərdə tutulub.



Hazırda Mətbuat Şurası respublika jurnalistlərinin 1-ci qurultayında qəbul edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Şura bir növ jurnalistlərin peşə davranışı qaydalarına necə əməl etmələri üzərində ictimai nəzarət funksiyasını yerinə yetirir.



Qurumun sədri Əflatun Amaşov deyir ki, onlar bu səlahiyyəti bilavasitə "reket qəzetlər"lə mübarizə üçün istəyirlər. O, rəhbərlik etdiyi quruma əlavə səlahiyyət istəməsini həm də belə izah edir ki, məhkəmələr heç də həmişə obyektiv qərar çıxarmır və ictimai qınaq lazımi effekt vermir.



Ancaq "reket jurnalistika"yla mübarizənin özünü mürəkkəb məsələ adlandıranlar var.



Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı bu fikirdədir ki, MŞ ümumiyyətlə, öz mahiyyəti baxımından "reket jurnalistikası"yla mübarizə kimi məsələlərlə məşğul olmalı deyil. Reketçilərin jurnalistikaya heç dəxli yoxdur, bu, cinayət işidir və məhkəmədə araşdırılmalıdır. MŞ-na hər hansı səlahiyyətin verilməsi isə onun ictimai qurum kimi işinə mane olacaq. Yəni belə səlahiyyət bu qurumu bir qədər dövlətlə bağlayacaq, onun işinə siyasi yük gətirmiş olacaq:



"Əgər kimsə reketçiliklə məşğul olubsa, kiminsə qəzetdə şərəf və ləyaqəti təhqir olunubsa, bunun üçün məhkəmə var. MŞ buna yalnız ictimai nüfuzundan istifadə edərək təsir göstərə bilər. Hansısa qəzeti bağlamaqsa MŞ-na nüfuz gətirməyəcək. Ən pisi odur ki, bu, qurumu kimlərinsə əlində alətə çevirəcək".



Rəşid Hacılı ümumiyyətlə, qəzet bağlamaq səlahiyyətinin istənilən dövlət orqanına, məhkəməyə, yaxud MŞ-na verilməsini söz azadlığına zərbə kimi qiymətləndirir.



Fevralın 14-də MŞ-nın sədri Əflatun Amaşov prezident İlham Əliyevə bir məktub ünvanlayıb, qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənməsi ilə bağlı verdiyi sərəncam üçün ona təşəkkür edib. Məktubda prezidentin bu addımı ölkə rəhbərliyinin media ilə bağlı tədbirlərinin davamı kimi qiymətləndirilir.
XS
SM
MD
LG