Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:49

İlham Əliyev atasının komandası ilə üzülüşür


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Hakimiyyətə "komsomol keçmişli biznesmenlər" gəlir



İlham Əliyev iki il yarım bundan qabaq prezident seçiləndə deyirdilər ki, atasının komandası ilə dil tapmalı olacaq. Hər nazirin arxasında regional qrup, çoxsaylı əlaqələr durur, bununla hesablaşmalı olacaq. Ancaq bu iki il yarımda İlham Əliyev 10-dan çox naziri, komitə sədrini işdən çıxartdı, hətta həbs etdirdikləri də oldu.



"Eurasia View" bu gün yazır ki, İlham Əliyev Azərbaycan dilində ləhcə, rus dilində aksentlə danışanların, ingilis dilini bilməyənlərin, köhnə dəbdə geyinənlərin yerinə xarici dili bilənləri, son dəbdə geyinənləri, idmanla məşğul olanları gətirir. "Turan" isə yazır ki, komsomol keçmişli biznesmenlərin hakimiyyətə gətirilməsi prosesi gedir.



Prezident İlham Əliyev son təyinatları belə nəzərə alsaq, mərhum atasının komandası ilə heç də tamamilə üzülüşməyib. Çünki komandanın əsas üzvlərindən – İcra Aparatının rəhbəri Ramiz Mehdiyev hələ də öz yerindədir. Üstəlik, Kamaləddin Heydərov Gömrük Komitəsinin sədri vəzifəsindən çıxarılsa da, başqa bir vəzifəyə keçirilib, fövqəladə hallar naziri təyin edilib.



Bakıda bəzi ekspertlər hesab edirlər ki, yenicə formalaşan bu nazirliyin səlahiyyətləri hələ dəqiq müəyyən edilmədiyindən, Kamələdin Heydərovun gələcək statusu ilə bağlı indidən nəsə demək düzgün olmazdı. Üstəlik, dövlət başçısının vəziyyətə tam nəzarət etməsiylə bağlı fikirlər də bir neçə sual doğurur. Məsələn, yeni formalaşan parlamentin tərkibi yalnız prezidentin tərəfdarlarından ibarətdirmi?



Bakıdakı bəzi müstəqil araşdırma mərkəzləri bir sıra mətbuat orqanlarında parlamentin tərkibi ilə bağlı müəyyən siyahılar dərc ediblər. Siyahı müəllifləri iddia edirlər ki, millət vəkilləri arasında həm Ramiz Mehdiyevə, həm də Kamaləddin Heydərova yaxınlığı ilə seçilən şəxslər var. Hər halda son kadr dəyişiklikləri ilə bağlı cəmiyyətdə ikili fikir var. Bir qisim müşahidəçilər hesab edirlər ki, prezident mövqelərini gücləndirib və vəziyyətə nəzarət edir. Başqa qisim müşahidəçilərə görə isə, prezident mövqeyini tədricən gücləndirsə də, o, vəziyyətə təmamilə nəzarət edə bilmir.



Birinci fikrin tərəfdarlarından müstəqil ekspert Şahin Abbasov deyir ki, son təyinatlar dövlət başçısının cəmiyyətdəki reytinqini artırıb: "Biz hələ yeni nazirlərin işini görməmişik. Keçmiş nazirlər isə bu postlarda 10-15 il idi çalışırdı və onların cəmiyyətdə elə də böyük nüfuzları yox idi".



Prezidentin mövqeyinin gücləndiyi gümanında olan insanlar hesab edirlər ki, kadr dəyişikliyi bundan sonra da davam edəcək. Hətta «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlunun təxminlərinə görə, bu ilin sonuna qədər köhnə komandadan heç kim qalmaya bilər. Elxan Şahinoğlu deyir ki, həm yeni əmək və əhalinin sosial müdafiəsi, həm də gənclər və idman naziri yaxın illərə qədər biznes fəaliyyəti ilə məşğul olublar. Keçmişdə dövlət başçısının da bizneslə yaxından məşğul olduğunu yada salan ekspertin qənaətinə görə, indi də təyinatlarda sədaqət prinsipi başlıca amillərdəndir. Elxan Şahinoğlunun qənaətinə görə, köhnə komanda ilə tədricən xudahafizləşən dövlət başçısı getdikcə özünün vahid komandasını formalaşdırır.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, dövlət başçısı vəziyyətə heç də nəzarət edə bilmir: "Güc strukturlarında hələ ki, iri kadr dəyişikliyi olmayıb. Üstəlik, bu orqanlarda heç bir islahat aparılmayıb".



Ərəstun Oruclunun sözlərinə görə, Heydər Əliyevin də hakimiyyəti dövründə müxtəlif qruplaşma və çəkişmələr olub. Ancaq bu mətbuat səhifəsində
XS
SM
MD
LG