Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

AFFA «qarşılaşmalar Bakı və Yerevanda baş tuta bilməz» qərarını verdi<p align=`left`><br><br>


Səs: Real audio
Fevralın 10-da Brüsseldə görüşəcək Azərbaycan və Ermənistan futbol federasiyaları rəhbərlərinin neytral meydana dair müzakirələri yekunlaşdıracaqları deyilir 2008-ci il Avropa Çempionatının seçmə mərhələsində eyni qrupa düşən futbol üzrə Azərbaycan və Ermənistan yığmalarının qarşılaşması Bakıda və Yerevanda baş tuta bilməz, oyunlar yalnız neytral meydanda keçirilə bilər.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) bir neçə gün davam edən müzakirələrdən sonra belə qərara gəlinib. Federasiyanın Mətbuat Xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bildirir ki, erməni və azərbaycanlı futbolçular yalnız neytral zonada görüşə bilərlər. Qarşılaşmaların Moldova və Gürcüstanda keçirilməsinin mümkünlüyünə dair qeyri-rəsmi məlumatlar olduğunu da bildirən cənab Nərimanoğlu deyir ki, AFFA-nın tələbi yalnız oyunçuların təhlükəsizliyinin təmin edilməsidir.



Mikayıl Nərimanoğlu fevralın 10-da Brüsseldə görüşəcək Azərbaycan və Ermənistan futbol federasiyaları rəhbərlərinin neytral meydana dair müzakirələri yekunlaşdıracaqlarını söyləyir: «Bundan sonra UEFA-ya müraciət ediləcək ki, görüşün hər iki tərəfin razılaşdığı neytral meydanda keçirilməsinə razılıq versin».
XS
SM
MD
LG