Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında bir qrupa düşdü<p align=`left`><br><br>


Səs: Real audio
Yanvarın 27-də İsveçrənin Montre şəhərində 2008-ci ildə İsveçrə və Avstriyada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması keçirilib Püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması A qrupunda Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya, Belçika, Finlandiya, Qazaxıstan və Ermənistanla mübarizə aparacaq.



Başqa qruplarda da maraqlı duellər gözlənilir.



2008-Cİ İL AVROPA ÇEMPİONATININ SEÇMƏ MƏRHƏLƏSİ:



A qrupu: Portuqaliya, Polşa, Serbiya və Çernoqoriya, Belçika, Finlandiya, Ermənistan, Azərbaycan, Qazaxıstan



B qrupu: Fransa, İtaliya, Ukrayna, Şotlandiya, Litva, Gürcüstan, Farer Adaları



C qrupu: Yunanıstan, Türkiyə, Norveç, Bosniya və Herseqovina, Macarıstan, Moldova, Malta



D qrupu: Çexiya, Almaniya, Slovakiya, İrlandiya, Uels, Kipr, San-Marino



E qrupu: İngiltərə, Xorvatiya, Rusiya, İsrail, Estoniya, Makedoniya, Andorra



F qrupu: İsveç, İspaniya, Danimarka, Latviya, İslandiya, Şimali İrlandiya, Lixtenşteyn



G qrupu: Hollandiya, Rumıniya, Bolqarıstan, Sloveniya, Albaniya, Belarus, Lüksemburq



Seçmə mərhələnin oyunları 2006-cı ilin sentyabrından 2007-ci ilin noyabrınadək keçiriləcək. Qruplarda birinci və ikinci yerlərin sahibləri final mərhələsinə birbaşa vəsiqə əldə edəcəklər.



İsveçrə və Avstriya komandaları ev sahibi kimi avtomatik qitə çempionatının final mərhələsinə vəsiqə qazanıblar.



DEYAN STANKOVİÇ: "AZƏRBAYCANDAN QİSAS ALMAQ ÜÇÜN YAXŞI ŞANS ƏLDƏ ETMİŞİK"



Azərbaycan yığmasının keçmiş çalışdırıcısı Vaqif Sadıqov Azərbaycan milli komandasının ən azı 4-cü yer uğrunda mübarizə apara biləcəyinə əmindir.



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının [AFFA] vitse-prezidenti Fuad Əsədov "Azadlıq" radiosuna deyib ki, Azərbaycan və Ermənistan arasında oyun keçiriləcək. Vaxtı və yeri isə bir həftə ərzində Azərbaycan və Ermənistan futbol federasiyalarının danışıqları zamanı məlum olacaq. Yekun təqvim fevralın 10-da Brüsseldə keçiriləcək.



Püşkatmadan sonra Serbiya və Çernoqoriya yığmasının kapitanı Deyan Stankoviç bildirib ki, "Avro-2004-ə yolumuzu kəsən Azərbaycandan qisas almaq üçün yaxşı şans əldə etmişik. Göstərmək istəyirik ki, onda sadəcə, bəxtimiz gətirməyib".



Ermənistan yığmasının baş məşqçisi Henk Visman isə deyib ki, Azərbaycanla oynanacaq matçlar onlar üçün çox prinsipial əhəmiyyət daşıyır.



Cümə axşamı 21 yaşlılardan ibarət Azərbaycan yığmasının da rəqibləri bəlli olub. Gənclər arasında Avropa çempionatına qatılmaq üçün Azərbaycan yığması öncə İrlandiyanı yenməli, sonra isə Yunanıstan və Belçikayla eyni qrupda mübarizə aparmalıdır.
XS
SM
MD
LG