Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26
Rubrikalar

Kərpic düşsə başına...


Səs: Real audio
"Azərbaycan qaz böhranını aradan qaldırmaq üçün Ermənistana yardım etmir. Gürcüstanın ehtiyaclarını ödəmək üçün verilən qaz da Ermənistana ötürülə bilməz. Belə iddiaların nə texniki, nə hüquqi, nə də maliyyə əsasları var" Bakı şəhər İcra Hakimiyyəti ötən ilin sentyabrında Nərimanov rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının inşası üçün tikinti şirkətlərindən birinə torpaq sahəsi ayırıb. Amma ərazi ilə üzbəüz binada yaşayan sakinlər həmin yerdə çoxmərtəbəli bina tikilməsini mənzil-məişət şəraitlərinə təhlükə hesab edirlər. Onlar prezident və bütün aidiyyəti orqanlara müraciət edərək, bu məsələyə baxılmasını istəyiblər. Rəsmi qurumların bir neçəsi həmin yerdə tikinti aparılmasını məqsədəuyğun hesab etməyib. Amma sakinlərdən Akif Məmmədov deyir ki, rəsmi qurumların verdiyi rəylərə baxmayaraq, şirkət tikinti işlərinə başlamaq istəyir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekspertiza İdarəsinin Bakı şəhər İcra Hakimiyyətinin sorğusuna verdiyi cavabda da qeyd olunur ki, həmin ərazi həm sürüşməyə meylli, həm də yaşıllıq olduğundan, tikinti başqa yerdə aparılsın.



Amma tikinti şirkəti deyilənlərin heç birini qəbul etmir və tikinti üçün 10-dan artıq instansiyadan razılıq aldığını deyir. Tikintiyə etiraz edənlərin qərəzli olduğunu bildirən şirkət nümayəndəsinin sözlərinə görə, həmin şəxslər öz evlərini şirkətə baha qiymətə satıb qazanc əldə etmək istəyirlər. Bu isə şirkətə sərf etmir, çünki malik olduqları ərazi kifayətdir.



Hazırda paytaxt Bakının hər yerində uca binalar tikildiyindən, bu kimi narazılıq və ittihamlar yetərincədir.



Bakı şəhər İcra Hakimiyyətindən isə bu məsələyə münasibət öyrənmək mümkün olmadı.



İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, tikintiyə etiraz edən rəsmi qurumların rəylərinə əhəmiyyət verilməməsi həmin şirkətlərin arxasında hansısa məmurun dayanmasından xəbər verir. Rövşən Ağayevə görə, inşaat sektorunda korrupsiya halları tikinti yox, torpaq alınması və sənədlərin toplanması zamanı baş verir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG