Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Avropa Şurası tərəddüd edir


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinin mandatı Assambleyanın qış sessiyasının əvvəlində müzakirəyə səbəb olub. Azərbaycan üzrə həmməruzəçi Andreas Qross deyib ki, Azərbaycanda son parlament seçkiləri Avropa Şurasının standartlarına cavab verməyib



Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cənab Qrossa etirazını bildirsə də, yekun qərar belə olub ki, Azərbaycan nümayəndə heyətinin mandat məsələsinə Monitorinq Komitəsində baxılsın.



Ötən il noyabrın 6-da Azərbaycanda parlament seçkilərini izləmiş Beynəlxalq Müşahidə Missiyası bir gün sonra yaydığı hesabatda seçkilərin bir sıra beynəlxalq standartlara uyğun keçmədiyini bildirmişdi. Bu hesabatdan sonra AŞPA həmməruzəçiləri Azərbaycana səfərlərində dönə-dönə deyirdilər ki, yanvarda nümayəndə heyətinin mandatını təsdiqləmək çox çətin olacaq.



Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Azadlıq" radiosuna deyib ki, Monitorinq Komitəsində müzakirələr gedir: "Andreas Qross iclasda seçkilərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınması məsələsini qaldırıb. İndi bu barədə müzakirələr gedir".



AŞPA-nın Azərbaycan üzrə digər məruzəçisi Andres Herkel isə deyir ki, Azərbaycan nümayəndə heyətinin mandatının şübhə altına alınmasına səbəb parlament seçkilərinin böyük saxtakarlıqla keçməsidir:



"Müzakirə mövzusu Azərbaycan nümayəndə heyətinə cəza verib-verməmək, bu cəzanın hansı formada ola biləcəyidir. Eyni zamanda belə bir cəzanın nəticəsinin nə olacağı, bizim nə gözlədiyimiz, növbəti seçkiyə qədər nəyin təkmilləşdiriləcəyi götür-qoy edilir".



Andreas Qrossun Assambleyanın ilk iş günündə Azərbaycanla bağlı qaldırdığı məsələni Assambleyanın ən azı 10 üzvü – beş müxtəlif nümayəndə heyətlərinin üzvləri dəstəkləyib.



Azərbaycanın nümayəndə heyətinin mandatı barədə qərar yanvarın 25-də veriləcək. Belə ki, mandat təsdiqlənə də bilər, təsdiqlənməyə də. Mandat təsdiqlənərək nümayəndə heyətinin bəzi hüquqları məhdudlaşdırıla da bilər. Bu barədə AŞPA-nın rəsmi məlumatında deyilir.



Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yerli telekanallara müsahibəsində Azərbaycana qarşı hər hansı sanksiyanı istisna edib.



Həmməruzəçi Andres Herkel qərar barədə qabaqcadan şərh vermək istəmir: "Mən istəməzdim ki, qərar verilməzdən onu şərh edim. Nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilə, ya da şərti bir cəza tətbiq oluna bilər".



Andres Herkel bu barədə ətraflı danışmaq istəmədi.



Səməd Seyidov APA informasiya agentliyinin Strasburqdakı müxbirinə deyib ki, əgər mandat təsdiqlənməsə, nümayəndə heyəti sessiyanı tərk edəcək.



Bəzi ekspertlərsə bu fikirdədir ki, Azərbaycan nümayəndə heyətinin mandatının şübhə altına alınması artıq bu ölkənin imicinə zərbədir.



Yanvarın 26-da isə AŞPA alt komitəsində Azərbaycanda parlament seçkilərinə dair dinləmələr keçiriləcək. Azərbaycanın müxalifət liderləri də bu dinləmələrə dəvət olunublar. Dinləmələrdə məqsəd budur ki, Azərbaycanda parlament seçkilərini izləmiş Assambleya üzvləri daha çox informasiya alsınlar.



AŞPA Monitorinq Komitəsinin Azərbaycanda seçkilərlə bağlı hazırladığı sənəd isə yanvarın 25-də axşam hazır olacaq.
XS
SM
MD
LG