Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

Bu il çəkiləcək filmlərə 10 milyarda yaxın köhnə manat ayrılıb


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub Bu il dövlət sifarişi ilə çəkiləcək bədii və televiziya filmlərinin ilkin siyahısı hazırdır. «Azərbaycanfilm»in rəhbəri Xamis Muradov bildirir ki, yazıçı Çingiz Abdullayevin «Məhvə məhkumların cənnəti» əsərinin ssenarisi əsasında eyni adlı film çəkiləcək. Filmin çəkilişinə dövlət büdcəsindən köhnə pulla bir milyard manat ayrılıb.



Cənab Muradov deyir ki, bu siyahıya gələn həftə daha bir neçə filmin adı əlavə olunacaq.



«Azərbaycantelefilm» İstehsalat Birliyinin (İB) direktoru Vüqar Tapdıqlının «Azadlıq» radiosuna verdiyi məlumatda isə bildirilir ki, bu il qurum dövlət sifarişi ilə 32 saat həcmində film ekranlaşdıracaq. Onun sözlərinə görə, ötən ildən qalan bir neçə ssenari də bu ilin planına salınıb.



Cənab Tapdıqlı həmçinin bildirir ki, birlik «Arpaçayı», «Sarıbaşlar» adlı sənədli filmlər də çəkəcək.



Mədəniyyət Nazirliyi Mətbuat Xidmətinin məlumatına görəsə, bu il dövlət sifarişi ilə «Azərbaycanfilm» və «Azərbaycantelefilm»in çəkəcəyi filmlərə 10 milyarda qədər köhnə manat ayrılıb. Ötən il dövlət sifarişi ilə çəkilən filmlər üçünsə 7 milyard köhnə manat ayrılmışdı. Bu vəsaitə çəkilən filmlərlə bağlı hesabat yanvarın sonunda hazır olacaq.
XS
SM
MD
LG