Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

«Qeyri-azad» Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Heritic Fondu və "Uol Strit Cournal"ın hazırladığı "İqtisadi azadlıq indeksi"nə görə, Azərbaycan 157 ölkə arasında 123-cü yerdədir



"İqtisadi azadlıq indeksi" bir neçə faktora əsasən hesablanır – ticarətin açıqlığı, xarici investisiyalar, hökumətin iqtisadiyyata müdaxiləsi, tənzimləmə, qara bazarın fəallığı və əmlak hüquqlarının qorunması.



Bu göstəricilərə əsaslanan "İqtisadi azadlıq indeksi"nə görə, Azərbaycan "əsasən qeyri-azad" ölkə olub. Rusiya, Ukrayna, Rumıniya və Moldova daxil olmaqla 73 ölkə bu kateqoriyaya aiddir. Ermənistan və Gürcüstan isə "əsasən azad" olan 52 ölkə arasındadır.



Hesabatın müəllifləri – Heritic Fondu və "Uol Strit Cournal" qəzeti iqtisadi azadlıqla ölkənin çiçəklənməsi arasında sıx bağlılığı qeyd edirlər. Onların fikrincə, "əsasən qeyri-azad" ölkələrin vətəndaşları "əsasən azad" ölkə vətəndaşlarından 70 faiz az qazanır. Bundan əlavə, "azad" ölkələrdə adambaşına düşən gəlir "əsasən azad" ölkələrdə olduğundan iki dəfə çoxdur.



Ancaq prezident İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə çıxışında deyirdi ki, 2005-ci ildə Azərbaycan iqtisadiyyatı 26 faiz artıb. Yəni ümumdaxili məhsulun artımı 26 faiz təşkil edib. Bu isə dünyada analoqu olmayan bir göstəricidir və Azərbaycan bu göstəriciyə görə, dünyada birinci ölkədir:



"Müqayisə üçün deyə bilərəm ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul təxminən 2-3 faiz artır, MDB ölkələrində bu, orta hesabla 7 faiz, Azərbaycanda isə 26 faizdir. Sənaye istehsalı 33 faiz artıbdır. Əhalinin pul gəlirləri təxminən 30 faiz artıbdır. Azərbaycanda orta aylıq əmək haqqı artıq 140 dollara çatıbdır. Son iki il ərzində Azərbaycanda 340 min yeni iş yeri açılmışdır. Bu da bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz proqramlar reallığa söykənir və uğurla icra edilir".



İqtisadçı-ekspert Azər Mehtiyevsə Azərbaycanın iqtisadi azadlıq indeksində qəribə bir şey olmadığını deyir. Çünki ekspertin fikrincə, il boyu Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunan şəxslər valyuta bazarına təsir göstərib, iqtisadi sahələri inhisara alıb, məmur özbaşınalığı artıb. Azər Mehtiyev Azərbaycanda dövlətdən asılı bir iqtisadiyyatın formalaşdığını deyir:



"Bu gün Azərbaycan iqtisadiyyatında qeyri-dövlət sektorunun artması haqda statistik rəqəmlərə rəğmən, ölkədə məşğul olan əhalinin böyük hissəsi dövlət büdcəsindən maliyyəşən təşkilatlarda işləyir. Dövlət büdcəsindən 800 mindən bir milyonadək insan bu və ya digər formada əmək haqqı alır. Bu da onu göstərir ki, Azərbaycanda sərbəst bazar iqtisadiyyatı prinsiplərinə keçmək əvəzinə daha çox dövlətdən asılı bir iqtisadiyyat formalaşır".



Hakim Yeni Azərbaycan partiyasının üzvü, iqtisad elmləri doktoru, professor Əli Əlirzayevsə bu fikirdədir ki, Azərbaycanda iqtisadi artımla yanaşı, qütbləşmə, kasıbçılıq, regionların inkişafıyla respublikanın ümumi inkişafı arasında fərq mövcuddur. Ancaq iqtisadçı Ermənistanın Azərbaycana nisbətən iqtisadi cəhətdən daha azad olması fikriylə razılaşmır: "Azərbaycanda həqiqətən hələ artım, yaxud da inkişaf o demək deyil ki, bütün problemlər həll olunub. Azərbaycanda gizli iqtisadiyyat da var, korrupsiya, rüşvətxorluq da. Amma müqayisə edəndə Ermənistan da azad ölkə deyil axı..."



Əli Əlirzayev ötən il bir neçə məmurun, sahibkarın həbsini də Azərbaycanın iqtisadi azadlıq indeksinə təsir edən amil adlandır.



Heritic Fondu və "Uol Strit Cournal"ın hazırladığı "İqtisadi azadlıq indeksi"nə görə, Ermənistan 157 ölkə arasında 27-ci, Gü
XS
SM
MD
LG