Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:26

TQDK magistraturaya yenidən qəbul elan edib


Səs: Real audio
Amma pilotların danışıqlarını lentə alan maqnitofon aşkar edilməyib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə yenidən qəbul elan edib. Amma bu dəfə qəbul iki beynəlxalq proqram – MBA- biznesin idarə olunması üzrə mütəxəssis hazırlığına dair təhsil və TEMPUS TACIS – Avropa universitetləri arasında tələbə mübadiləsi proqramları üzrə aparılır.



TQDK-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Hikmət Kazımovun sözlərinə görə, qəbul üçün 616 yer ayrılıb: «583 yer MBA, 33 yer isə TEMPUS-TACIS proqramı üzrədir. MBA proqramı üzrə qəbul Dövlət Neft Akademiyası, Dövlət İqtisad, «Odlar Yurdu», Qərb və Xəzər universitetlərinə, TEMPUS-TACIS proqramı üzrə isə Dövlət Neft Akademiyası, Memarlıq və İnşaat və Sumqayıt Dövlət universitetlərinə keçirilir».



İmtahanda iştirak etmək istəyənlər bakalavr diplomunun əsli, bitirdikləri ixtisasın və onun aid olduğu istiqamətin şifri, orta qiymət balını göstərən arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya çağırış vəsiqəsi və 3x4 sm ölçüdə dörd ədəd fotoşəkili dekabrın 26-dan yanvarın 15-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər.



Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin beşədək ixtisas kodunu seçə bilər. Qəbul imtahanı test üsulu ilə keçirilir. Bakalavrlara 100 sual təqdim olunur. Hər iki beynəlxalq proqram üzrə tədris ixtisasdan asılı olaraq Azərbaycan, rus və ya ingilis dillərində aparılır.
XS
SM
MD
LG