Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

«Freedom House» Azərbaycanı qeyri-azad ölkələr sırasına daxil edir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın yaydığı hesabata görə, Azərbaycan vətəndaşları hökuməti demokratik yolla dəyişə bilmirlər «Freedom House» insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatının hesabatına görə, Azərbaycan 2005-ci ildə də qeyri-azad ölkələr sırasına daxil edilib.



Sənədə əsasən Azərbaycan vətəndaşları hökumətlərini demokratik yolla dəyişə bilmirlər. Beynəlxalq müşahidəçilərin rəyinə görə, Azərbaycanda 1993-cü ildən bəri keçirilən seçkilər azad və ədalətli olmayıb. Azərbaycan Konstitusiyası söz və mətbuat azadlığına təminat versə də, prezident və tanınmış rəsmi şəxslər haqqında tənqidi məqalələr yazan jurnalistlər təzyiq və təqiblərə məruz qalırlar. Özünü senzura geniş yayılıb.



Hesabata görə, hökumət qeyri-ənənəvi dini qrupların bəzi fəaliyyətlərini məhdudlaşdırır. Bu, özünü əsasən qeydiyyat şərtlərinin çətinləşdirilməsində və dini mətbuatın yayılmasına qoyulan qadağalarda göstərir.



Hökumət həmçinin bir çox hallarda vətəndaşların və xüsüsilə də rəsmiləri tənqid edən siyasi partiyaların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır. Azərbaycanın məhkəmə sistemi korrupsiyalaşıb, qeyri-effektivdir və icra hakimiyyətindən asılıdır. Özbaşına həbslər və azadlıqdan məhrumetmələr geniş yayılıb. Həbs və dindirilmə zamanı şübhəli şəxslərə qarşı polis zorakılığından istifadə olunur. Bəzi hallarda isə, polis lazım olan ifadəni almaq üçün işgəncədən istifadə edir. Həbsxanalarda vəziyyət ağır olaraq qalır.



Təşkilatın hesabatında daha sonra vurgulanır ki, Azərbaycan iqtisadiyyatının böyük hissəsi korrupsiyalaşmış elitanın nəzarətindədir. Bu vəziyyət isə bərabər biznes imkanlarını ciddi məhdudlaşdırır. Siyasi müxalifəti dəstəkləyən şəxslər iş yerlərində diskriminasiya ilə üzləşir, işdən qovulurlar.



Sənəddə bildirilir ki, ailədə zorrakılıq da problem kimi qalır. 2004-cü ildə Azərbaycan insan alverinə qarşı mübarizə proqramı qəbul edib. ABŞ Dövlət Departamentinin 2004-cü ildə yaydığı hesabata görə, Azərbaycan qadın alverinin mənbəyi, həm də bunun üçün tranzit ölkə hesab olunur.



Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova «Freedom House»un Azərbaycana verdiyi qeyri-azad ölkə qiymətiylə razılaşmır. O, hesabatı böhtan adlandırır.



Müxalifətdəki Müsavat Partiyasının başqan müavini Vurğun Əyub isə deyir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra irəliləyiş əvəzinə, geriləmələr müşahidə olunur.



Hesabatı obyektiv adlandıran İnsan Haqları Komitəsinin rəhbəri Çinğiz Qəniyev xatırladır ki, əvvəllər «Freedom House» Azərbaycanı qismən azad ölkələr sırasında görürdü. Lakin son illər Azərbaycanda baş verən proseslər statusun dəyişməsinə gətirib çıxarıb.



«Freedom House»un hesabatında Gürcüstan və Ermənistan qismən azad ölkələr kateqoriyasına daxil edilib. Hesabatda bildirilir ki, Ermənistanda da vətəndaşlar hakimiyyəti demokratik yolla dəyişə bilmirlər, ölkədə korrupsiya hökm sürür, müstəqil mətbuat isə rəsmilərin təyziqi ilə üzləşir. Gürcustanda isə prezident Mixail Saakaşvilinin korrupsiyaya qarşı mübarizə apardığı qeyd edilir.



Keçmiş sovet respublikaları arasında Baltikyanı ölkələrdən başqa bu il Ukrayna da azad ölkə kimi tanınıb. Türkmənistan və Qazaxıstan isə qeyri-azad ölkə statuslarını daha da möhkəmləndiriblər.



«Freedom House»un hesabatı dünya üzrə azadlığın vəziyyətinə kifayət qədər obyektiv qiymət verən bir sənəd kimi tanınır. Bu hesabatlar çox sayda araşdırıcının iştirakı ilə, mürrəkkəb metodologiya əsasında hazırlanır. Belə ki, dünya ölkələri azad, qismən azad və qeyri-azad kateqoriyalara b
XS
SM
MD
LG