Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

«Körpü salanlar»


Səs: Real audio
Təkrar seçkidə iştirak etmək üçün hələlik heç kim müraciət etməyib Vaxtilə Türkiyənin məşhur milyarderi Sabançıdan bu milyardı necə qazandığını soruşanda o, deyirdi ki, qəzetdən bir türkün Amerikada oxuyub gəldiyini oxuyanda o, həmin gəncin onun şirkətində işləməsi üçün əlindən gələni edir. Azərbaycanda isə biri xaricdə oxuyub gələndə ən yaxşı halda xarici şirkətə işə düzəlir. Bir çox hallarda isə ya qeyri-hökumət təşkilatında işləyir, ya da qəzetə məqalə yazır



Zeynalabdin Kərimovun 40 yaşı var. Nə evi, nə işi, nə də ailəsi var. O, hər şeyi yenidən, özü də sıfırdan başlamağa cəhd göstərir. Halbuki, iki il öncəyə qədər hər şey fərqliydi. Rahat mənzil, karyera pillələrində sürətli inkişaf, yüksək maaş.



İndi dost-tanış da, doğmalar da onu qınayırlar. İşini-gücünü atıb «vətən həsrəti güc gəldi, daha burda yaşayammaram» deyib çamadanlarını yığışdırıb Azərbaycana qayıtmasına görə. İndi o, həm işsizdir, həm evsiz. Bakının kəndlərindən birində bacısının ailəsi ilə yaşayır. İki ildir ki, burda bir otaq kirayələyib işlərini qurmağa cəhd göstərir. Azərbaycanda öz sahəsində tək-tük mütəxəssislərdən sayılsa da, onu yaxına buraxmırlar.



Zeynalabdin Kərimov kimi hər il yüzlərlə tələbə xaricdə təhsil alıb Azərbaycana qayıdır. 700 nəfərin üzv olduğu ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının rəhbəri Fariz İsmaylızadə deyir ki, özəl sektorda, xarici şirkətlərdə, neft, bank sektorunda və ya holdinqlərdə iş tapanlar az deyil. Amma əksəriyyət dövlət qurumlarında iş tapsa da, orda duruş gətirə bilmir.



Səkkiz il Azərbaycan Xarici İşlər Nazirliyində işlədikdən sonra ABŞ-ın Boston şəhərində Hüquq və Diplomatiya Məktəbini bitirmiş, Harvard Universitetində bir neçə kurs keçmiş Vüqar Məmmədova görə, Azərbaycan cəmiyyətində Avropa təhsilli, yeni təfəkkürlü, təşşəbbüskar gənclərə tələbat yoxdur. Bu da ondan irəli gəlir ki, yeni standartlarla işləməyə hazır, fərqli təfəkkürə malik bu gənclərin iş prinsipi ilə Azərbaycandakı dövlət qurumlarının, müəssisə və idarələrin, lap elə özəl qurumların iş pirinsipi üst-üstə düşmür. Buna görə də onlara, yəni "köhnə bazara təzə nırx qoymaq" istəyənlərə sadəcə, beynəlxalq qurumlar maraq göstərir.



ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının apardığı hesablamalara görə, məzunlar arasında ölkəni tərk edənlər təxminən 50 faizdir. Bəzən mühitdən yorulurlarsa, bəzən daha uğurlu perspektiv haqda düşünürlər. Və gedənlər Azərbaycanın kisəsindən itirilmiş sayılır.



Eyni problemlərlə üzləşən Şəhriyar Cəfərov Azərbaycanı tərk etmək istəmir. O, Yaponiyada, Hollandiyada və Yeni Zellandiyada təhsil alıb və bir müddət bu ölkələrdə işləyib də. Ancaq bir neçə il öncə sabiq prezident Heydər Əliyevin Yaponiya səfəri onu Azərbaycana qayıtmağa vadar edib. O vaxtkı ölkə başçısı burda rastlaşdığı bir neçə gənc mütəxəssislə yanaşı ona da Azərbaycana qayıtmağı təklf edəndə, müsbət cavab verib. Qayıtdıqdan sonra bir müddət Milli Bankda, "Unibank"da audit şöbəsinin rəisi vəzifəsində çalışsa da, indi işsizdir. Şəhriyar Cəfərov prezident İlham Əliyevə müraciət edərək yardım istəyir.



Amma problemlər yalnız iqtsadi təhsilli mütəxəssislərlə bağlı deyil. Siyasi mühitdə də Avropa və ya ABŞ təhsilli mütəxəssislər özlərini realizə edə bilmirlər.



Vüqar Məmmədov bu il böyük ümidlərlə parlament seçkilərinə qatılsa da, deputat seçilə bilmədi. Mütəxəssislərin dediyinə görə, onun apardığı seçki kampaniyası Azərbaycan cəmiyyəti üçün təzəydi və müəyyən elementlər qəbul olunan deyildi. Amma bununla belə, Vüqar Məmmədov işini başqa cür qurmaq istəməyib. O deyir ki, Azərbaycanda indi yeni bir "bina" tikilir. Və on
XS
SM
MD
LG