Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:17
Rubrikalar

Dini icmaların seçkilərdə iştirakı


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir Bu "Seçki Qatarı"nda:



- Dini inacları çoxluqdan fərqli olanların seçkidə iştirakını araşdıracaq;



- Bir cənub şəhərindən gələn "seçki boxçası"na göz atacaq.



SEÇKİLƏRİ BOYKOT FİTVASI?!



Bir-iki ayın söhbətidir. Qubada qohumların yanındaydım. Onlar da mənim kimi Allaha iman gətirən adamlardır. Yəni, namaz qılırlar, "Qurani Kərim"in və Peyğəmbər salavatullahın buyurduğu hər şeyə əməl edirlər.



Həmin qohumların sözlərinə görə, bəs Bakıdan gələnlər deyiblər ki, imanımıza görə seçkiyə getmək olmaz. Nə var, nə var, namizədlər arasında bizim kimi dindar yoxdur.



Mehman dindardır. Əhali arasında "Əbu-Bəkr" məscidi kimi tanınan məscidə gedir, sözügedən olayı Qubada olarkən eşidib. Və dəqiqləşdirmək istəyib.



"Əbu Bəkr" məscidi kimi tanınan “Cümə” məscidinin imamı Qamət Süleymanov bütün bu fikirləri təkzib edir. Onun sözlərinə görə, seçkilərdə iştirak etməməklə bağlı heç kəsə tapşırıq verməyib. O, seçimin azad olduğunu və hər kəsin istədiyi namizədə səs vermək ixtiyarının onun öz haqqı olduğunu deyir.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [DQİDK] sədri Rafiq Əliyev Azərbaycanda dini fitva vermə səlahiyyətinin yalnız Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasına məxsus olduğunu deyir. Onun sözlərinə görə, qalan fitvalar qanunsuz hesab edilir.



Krişnaçıların Bakı məbədinin başçısı Babək Allahverdiyev də icmanın üzvləri üçün səsvermə qadağasının olmadığını bildirir. Amma əlavə edir ki, bir qayda olaraq icma Milli Məclisə namizədlərini irəli sürmür.



DQİDK sədri Rafiq Əliyev din xadimlərinin dini xidmətlərini buraxmadıqları halda seçkilərdə iştirakının məhdudlaşdırıldığını bildirir.



Onun sözlərinə görə, şeyxülislam, onun müavinləri, məscidlərin axundları, imamları və müəzzinləri din xadimləri hesab olunur.



Dini Etiqadlar və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri İlqar İbrahimoğlu isə deyir ki, qanunda öz əksini tapan “dini xadim” anlayışının mahiyyəti hələ də qaranlıq qalır.



İndiyədək DQİDK-dən 350-dək dini icma qeydiyyatdan keçib. Komitə sədrinin sözlərinə görə, quruma dini icmalardan bu ilki seçkilərdə namizədlik məsələləri ilə bağlı hər hansı rəsmi şikayət daxil olmayıb.



LƏNKƏRAN ƏHLİ ŞƏXSİYYƏT VƏSİQƏSİ ALMAQ ÜÇÜN NÖVBƏYƏ DAYANIB



Liman şəhərinin balaca bazarı camaatın ən çox toplaşdığı yerdir. Elə ki, səhər açıldı, işsiz-gücsüz limanlılar yığışırlar Həsən kişinin uçuq-sökük çayxanasına. Həsən dayı deyir ki, camaata buranı da çox görürlər, çayxananı neçə dəfə sökmək istəyiblər.



Limanlılar Lənkəranın 15 km-də yerləşən şəhərciklərinə indi də «Port İliç» deyirlər. Bu gün burada əsas iş yerlərindən biri də «Xəzərbalıq» şirkətidir. Donanma rəisi Anar deyir ki, hava yaxşı olanda dənizə 17 gəmi çıxarmaq mümkün olur.



Lənkərana çatanda günorta idi. Polis idarəsinin qarşısına xeyli adam yığışmışdı. Məlum oldu ki, camaat şəxsiyyət vəsiqəsi almaq üçün növbəyə dayanıb.



Avqustun 21-də «Azadlıq» bloku şəhərdə mitinq keçirməyə cəhd göstərib, amma aksiya baş tutmayıb. Blokun Lənkəran şəhər dairəsindən namizədi Əlövsət Talışxanlı deyir ki, mitinqin keçirilməsinə şəhər icra hakimiyyəti və polis qəsdən mane olub.



Müsavat partiyası Lənkəran təşkilatının sədri Yadigar Sadıqoğlunun sözlərinə görə, Lənkəranda müsavatçı tələbələri incidirlər.



Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının şöbə müdiri Əlimərdan Əliyevin fikrincə,
XS
SM
MD
LG