Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:25

«Hicaba Dəstək və Müdafiə Assambleyası» adlı qurum yaradıldı


Səs: Real audio
Qlen Hovard: “Azərbaycan ordusu əvvəlki illərlə müqayisədə hərbi texnika ilə daha yaxşı təchiz olunub” İyunun 24-də bir sıra dini qurumlar «Hicaba Dəstək və Müdafiə Assambleyası» adlı qurum və onun Bakı bürosunu təsis ediblər. Təsisçilərdən biri «Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi»nin rəhbəri İlqar İbrahimli hesab edir ki, baş örtüyü ilə qadınların şəxsiyyət vəsiqəsinə şəkil çəkdirə bilməməsi bir sıra problemlər yaradır. Bu, əsasən onların ölkənin ictimai-siyasi həyatından təcrid olunması ilə bağlıdır.



Cənab İbrahimli bildirir ki, Assambleya bu problemlərin aradan qaldırılmasına çalışacaq.



Qurumun bir sıra ölkələrdə şöbələrinin təsis edilməsi də nəzərdə tutulur.



Baş örtüyünə görə qadınların şəxsiyyət vəsiqəsinə şəkil çəkdirə bilməməsi problemi 1998-ci ildən yaranıb.
XS
SM
MD
LG