Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Referendumda faiz mübahisəsi


Əli Kərimli deyir ki, onlarda seçki pozuntularına dair minlərlə məlumat varƏli Kərimli deyir ki, onlarda seçki pozuntularına dair minlərlə məlumat var
Əli Kərimli deyir ki, onlarda seçki pozuntularına dair minlərlə məlumat varƏli Kərimli deyir ki, onlarda seçki pozuntularına dair minlərlə məlumat var
«Referendumda cəmi 15 faiz seçici iştirak edib». Bu fikir «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatının martın 19-da keçirdiyi mətbuat konfransında səsləndi. Hərəkata daxil olan Liberal Partiyasının lideri Lalə Şövkət dedi ki, hakimiyyət yalnız öz ənənəsinə sadiq qalaraq total saxtakarlıqlar yolu ilə uydurma rəqəmlər bəyan edir:

- Nə qədər yalanın içində üzsələr də, nə qədər bu ölkədə yalan ayaq tutub yerisə də, özləri gözəl bilirlər ki, bu 14-15 faizi keçməyib. Özləri gözəl bilirlər ki, xalq onları müdafiə etmir. Nə əbədi prezident olur, nə də əbədi hakimiyyət. Əbədi olan yerdə millət, göydə isə Allahdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə dedi ki, onlarda seçki pozuntularına dair minlərlə məlumat var. Onun deməsinə görə, hakimiyyət bir tərəfdən icra strukturlarının, Mənzil İstismar sahələrinin müdaxiləsi ilə əhalini səsverməyə gətirməyə çalışıb, bu, kifayət etmədiyindən isə total saxtakarlıqlara yol verib. Əli Kərimli dedi ki, bütün bu pozuntular ümumiləşdirilib həm Mərkəzi Seçki Komissiyasına, həm də məhkəmələrə təqdim ediləcək. Onun sözlərinə görə, yerli məhkəmələrdən keçdikdən sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmaq fikrindədirlər:

- Bizdə 63 saylı Seçki Dairəsində YAP-ın səlahiyyətli nümayəndəsinin 50 bülleteni pencəyinin altından çıxarmasını göstərən şəkil var. Bu şəkildəki isə «Qafqaz holdinq»ə məxsus avtobusdur.
Mübariz Qurbanlı hesab edir ki, səsvermənin gedişində nəticəyə təsir edən hər hansı pozuntu baş verməyib
Bu avtobus bütün gün boyu «karusel» prosesində iştirak edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə referendumun nəticələrindən danışdı. Onun fikrincə, bu nəticələr hakimiyyətə uğurlu gələcək vəd etmir:

- Birincisi, xalq bu hakimiyyətə «yox» dedi. Bu, referendumdan çıxan çox mühüm nəticədir. İkinci mühüm nəticə isə ondan ibarətdir ki, bu referendum hakimiyyətin ömrünü uzatmağa xidmət etsə də, onun ömrünün qısalmasına gətirib çıxaracaq.

Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına görə, referendumda seçicilərin 70 faizindən çoxu iştirak edib. Elə hakim Yeni Azərbaycan Partiyası nümayəndələrinin açıqlamaları da müxalifətin fikirlərindən kəskin şəkildə fərqlənir. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, səsvermənin gedişində nəticəyə təsir edən hər hansı pozuntu baş verməyib:

- Biz referendumun nəticələrini müsbət dəyərləndiririk. Hesab edirik ki, referendum baş tutub. Xalq Konstitusiyaya əlavə və dəyişikliklərə müsbət rəy verib. Bu dəyişikliklər də Azərbaycan dövlətinin konstitusiya sistemində növbəti müsbət dəyişikliklər olacaq.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi: Referendum nə demokratik prinsiplərə, nə də beynəlxalq standartlara cavab verib
Təqribən 450-dən çox məntəqədə müşahidə aparan Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, referendum nə demokratik prinsiplərə, nə də beynəlxalq standartlara cavab verib. Onun sözlərinə görə, Mərkəzin bəzi müşahidəçiləri məntəqələrə buraxılmayıb, bəzilərinə isə protokollar təqdim edilməyib. Gəncədə isə bir müşahidəçilərini 2 saatdan çox saxlayıb, onun fotoaparatının yaddaşını pozduqdan sonra sərbəst buraxıblar:

- Müşahidə apardığımız məntəqələrdə seçki qutularına kütləvi halda bülletenlərin atılması faktları ilə rastlaşmışıq. Bundan başqa, bəzi məntəqələrdə heç adları seçici siyahısında olmayan şəxslər səsverməyə qatılıblar. Belə hal hardasa 27 faiz təşkil edir.

A.Məmmədli deyir ki, onların müşahidə apardıqları məntəqələrdə seçici fəallığı təqribən 43 faiz olub. Ancaq bəzi məntəqələrdə adları siyahıda olmayan şəxslərin də səs verdiyini deyən A.Məmmədli səsverməyə 40 faizdən çox seçicinin qatılmasına da şübhə ilə yanaşır.
XS
SM
MD
LG