Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:20

İslama görə halal ticarətin əsasları


Tehranda supermarket, 7 may 2008
Tehranda supermarket, 7 may 2008
«İslamda ticarətə dair konkret tələblər var».

Bunu «İslam və demokratiya» verilişinin qonağı olan İslam Universitetinin müəllimi Hacı İbrahim Hacıyev deyir. Onun sözlərinə görə, qadağan olunmuş ticarətə əti haram olunmuş heyvanların alınıb-satılması, spirtli içkilərin alveri aiddir.

«Halal elan olunan ərzaqların, malların alverinə qadağa yoxdur. İslam dünyasında yalnız haram olan şeylərin alverinə önəm verirlər».

İ.Haciyev deyir ki, Qurani-Kərimə görə, hər insan öz malının sahibidir. Və buna görə də hər kəs aldığı malı istədiyi qiymətə sata bilər.

«Şəriətdə ticarətdə qiymət hüdudu yoxdur. Amma müsəlman olan kəs insafını da əldən geri qoymamalıdır. Bununla axirət üçün savab yazılmış olar».

Bəs müasir dünyada bank kredit sisteminin vüsət aldığı bir dövrdə İslamın sələmə münasibəti dəyişibmi?

«Allahın kəlamı heç vaxt dəyişilməz. Bank vasitəsilə verilən kreditlərə gəlincə, bu əməliyyatlarda pul cinsiyyətini dəyişdiyinə görə - yəni, həmin pulun müqabillində hansısa texnika, maşın alındığına görə bu, haram sayıla bilməz».

İ.Hacıyev deyir ki, korrupsiyanın ilk addımı rüşvət olduğundan, İslam bunu qəbul edə bilməz:

«Biz buna heç cür don gedirə bilmərik ki, bu, rüşvət deyil, hədiyyədir».
XS
SM
MD
LG