Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:29

Martın 5-i… Stalin can hayında...


Moskvada 1 May nümayişi, 2007
Moskvada 1 May nümayişi, 2007
5 mart gəlmiş-getmiş ən canalan diktatorlardan birinin ölüm günüdür.

...1953-cü ilin soyuq yazı. Qırmızı imperiyanın paytaxtı Moskva. «Xalqlar atası» can hayında. Görəsən, Stalin, heç olmasa, son nəfəsində, lap bircə qırıq da olsa, özünü günahkar saydımı? Allah bilir!..

...Ötən əsrin 30-cu illərində ABŞ-da «2 tapancalı Krouli» deyilən bir cani olub. Qarşısına çıxanı «uf» demədən öldürürmüş. Krouli təsadüfən ələ keçib: Sevgilisiylə maşında öpüşərkən bir polis onlara yaxınlaşır... Sürücülük vəsiqəsini istəyir. Krouli də tapançasını çıxarıb o polisi güllələyir. Polislər Kroulinin gizləndiyi mənzili əhatəyə alanda, o, qanı axa-axa, bir məktub yazır: «Sinəmdə yorğun, amma xeyirxah ürək döyünür. Bu ürəyin heç kəsə pisliyi dəyməyib...»

Deil Karneqi: İnsan kimi desən suçlayır, özünü günahkar bilmir.

...1953-cü ilin soyuq yazı. Bəlkə də hamı yas tutur. Moskva bir yana,
Görəsən, Stalin, heç olmasa, son nəfəsində, lap bircə qırıq da olsa, özünü günahkar saydımı?
Bakının küçələrində də matəm qurulub...

...Stalinin ölümündən sonra doğulsam da, ölüsü belə diri gəlirdi adama. Evimizdə şəkli vardı. Atam ona «Yosif» deyirdi, «İosif» yox. Şəklə baxanda, gözləri yaşarırdı. Evimizdə bir şəkil də vardı – Mir Cəfərin («Mir Qəzəb»in) şəkli. Bu şəkil böyüdülmüşdü: eynəkli və zəhmli birini görürdün. Həmin şəkli qorxudan çardaqda saxlayırdıq. Və Müsavatın da adını ilk dəfə atamdan eşitmişdim: «Onlar 2 illik Azərbaycan hökuməti qurmuşdular» - deyirdi.

«Müsavatı ruslar aşırdılar»

... «Müsavat bərabərlik deməkdir» - Atam belə deyərdi. Mən – «sonra nə oldu?» – soruşanda, pıçıltıyla – «ruslar aşırdılar» söylər və yenə təkrarlardı: «Müsavat bərabərlik deməkdir»...

...Deyəsən, atam həm «Yosif»i, həm Mir Cəfəri, həm də Müsavatı eyni məhəbbətlə sevirdi. Yazıq atam!.. Fağır Azərbaycanım!..
Xarici radiolara qulaq asanlar bunu hər kəsdən gizlədirdi.

Evimizdə bir şəkil də vardı – Mir Cəfərin («Mir Qəzəb»in) şəkli
...Ötən əsrin 60-cı illəri idi. Bəs niyə atam gecələr qulağını radioya dayayıb xarici səsləri eşidirdi? Niyə bunu hər kəsdən gizlədirdi?

...Üstündən on illər ötüb. Atam çoxdan haqq dünyasına qovuşub. İndi mən – onun sonbeşiyi, hər gecə qulağımı eynən onun kimi dayayıram radioya – 9.48-ə... Dalğanı bir az ora, bir az bura çəkirəm, amma xışıltıdan heç nə eşidə bilmirəm. Əsir Azərbaycanım!..
Şəkillər hər şeyi görür, amma susurlar.

...2009-cu ilin ilıq yazı. Dünən yolum vergi idarəsinə düşmüşdü. Uzun bir otaqda 15-20 vergi müfəttişi oturmuşdu kompyuter önündə. Divardan azı 10-12 şəkil asılmışdı. Bəzisi tək, bəzisi cüt. Birdən, ağlıma nə gəldi: bütün «vergi əməliyyatları» o şəkillərin gözü önündə baş verir. Onlar hər şeyi görür... eşidir... və susurlar!.. Şəkil Azərbaycanım!..
XS
SM
MD
LG