Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Zahid Məmmədov: «Azərbaycanın indikatoru toydur»


Zahid Məmmədov
Zahid Məmmədov
«Hər bir ölkədə iqtisadiyyatın indikatorları var. Rusiyada hər hansı dəyişiklik baş verəndə, bu, ilk növbədə «vodka»nın qiymətinə təsir edir. Türkiyədə bu, mebel sektoru, ABŞ-da isə ilk növbədə birjalardır. Azərbaycanda iqtisadi dəyişikliklər ilk növbədə toya təsir edir. Əgər bu gün toylardakı qiymətlərdə dəyişiklik görünmürsə, deməli, böhran bizdən yan keçir. Vəssalam».

İqtisadçı-professor Zahid Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib.

O, hesab edir ki, beynəlxalq maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir etmir. Çünki Azərbaycan iqtisadiyyatının əsas indikatoru olan toylarda qiymətlər aşağı enmir:

«Əslində, toy mərasimlərində qiymətlər şişirdilib. Heç bir insan təkbaşına 100 manatlıq qida qəbul edə bilməz. Bu, vur-tut 20-25 manatlıqdır. Deməli, toylarda yeyinti və vergidən yayınmalar var».

Z.Məmmədov həm də manatın durumuna toxunur:

«Milli Bank məcburdur ki, vaxt prizmasından yenicə çap etdiyimiz pul vahidini qorusun. Çünki hər yeni pul, istənilən ölkədə, ilk əvvəl zəif olur və onu qorumaq lazımdır. İxracatımız demək olar ki, neft və neft məhsullarından ibarətdir. Azərbaycan belə vəziyyətdə devalvasiyaya necə getsin? Necə manatı zəiflətsin? Olmaz».
XS
SM
MD
LG