Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Atəşkəs rejiminin cəbhə xətti


General Rail Rzayevin qətli son günlər, demək olar ki, jurnalistlərin və hərbi ekspertlərin əsas mövzusuna çevrilib
General Rail Rzayevin qətli son günlər, demək olar ki, jurnalistlərin və hərbi ekspertlərin əsas mövzusuna çevrilib
General Rail Rzayevin qətli son günlər, demək olar ki, jurnalistlərin və hərbi ekspertlərin əsas mövzusuna çevrilib. General da əsgər deməkdir, əsgərlərin döyüşdə, səngərlərdə ölümü, bəlkə də adi hadisədir və Rail Rzayev səngərdə, döyüş meydanında həlak olsaydı, təbii olmasa da, bunu daha rahat qarşılamaq olardı.

İndi hüquq-mühafizə orqanlarının, istintaqın söz demək vaxtıdır. Qətlin səbəbi nədir, o hansı motivlərdən törəyə bilər? İstintaq orqanları bütün bu suallara cavab verməlidir. Amma verə biləcəkmi?

General da əsgər deməkdir, əsgərlərin döyüşdə, səngərlərdə ölümü, bəlkə də adi hadisədir və Rail Rzayev səngərdə, döyüş meydanında həlak olsaydı, təbii olmasa da, bunu daha rahat qarşılamaq olardı
Artıq alışmışıq ki, illərlə qətllərin üstü açılmır. Xüsusən qətlə yetirilən adam «xüsusi ictimai çəkiyə» malik olanda vəziyyət bir az da mürəkkəbləşir. Neçə illərdir ki, Elmar Hüseynovun qatillərinin tapılıb cəzalandırılmasını gözləyir, ümidlərlə yaşayırıq. Hələ ki bir nəticə yoxdur. Daha neçə belə qətl hadisəsi sadalamaq olar ki, hələ də öz «növbəsi»ni gözləyirlər.

Generallar, ordu haqqında yazmaq çox çətindir. Bəlkə Qarabağ problemi olmasaydı, ordu məsələsi bizim üçün bu qədər «aktuallıq» kəsb etməzdi.
Düzdür, istənilən müstəqil dövlətin ordusu olmalıdır, buna heç kimin şübhəsi yoxdur. Amma müharibə vəziyyətində olmaq əlavə öhdəlik və hazırlıq deməkdir. Elə generallar, zabitlər də döyüş meydanında yetişməli, «oradan gəlməlidirlər»!

Axır vaxtlar müharibə sözünü yazmağa belə utanırıq, çünki nəticə yoxdur. Ordu «suvenir» deyil ki, ona baxıb, sadəcə həzz alasan. Bu, necə ordudur ki, onun hələ hərbi doktrinası yoxdur?! Azərbaycan Konstitusiyasına görə, prezidentin təqdimatı ilə Milli Məclis onu təsdiq etməlidir. Hərbi doktrina ordunun müdafiə strategiyasını, taktiki-texniki xarakteristikalarını müəyyən etməli, müxtəlif təhlükəsizlik bloklarına münasibətini açıqlamalıdır. Düzdür, Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Amma bu sənədin təyinatı fərqlidir. Vitse-spiker Ziyafət Əsgərovun vədinə görə, hərbi doktrina bu il payızda qəbul olunmalı idi. Amma hansısa, çox güman ki, «geosiyasi motivlər» bu dəfə də sənədin qəbulunu yubatdı.

Prezidentin ilk seçim dövrü yüksək hərbi ritorika ilə yadda qaldı. Amma Rusiya-Gürcüstan müharibəsindən sonra bu ritorikaya elə son qoyuldu ki, daha hətta köhnə kadrlarda da yada salınmır. Əvvəldən də aydın idi ki, bu, daha çox daxili auditoriyaya, ona təskinlik verməyə yönəlib. Görünür, artıq buna da ehtiyac yoxdur.

Cəbhədə «atəşkəs rejimi» hökm sürür. Amma hərbi ekspertlərin, hüquq müdafiəçilərinin hesablamalarına görə təkcə atəşkəs dövründə yüzlərlə əsgər həlak olub.

Fətulla Hüseynov «qara polkovnik» ləqəbini döyüşlərdə qazanmışdı. Amma ona münasibət necə oldu? Ömründə döyüş bölgəsində olmamış, hətta silah nə olduğunu bilməyən bəziləri onu lağa qoydular, hərəsi bir ad dedi! Bəlkə müharibəni buna görə uduzduq? Deyirdilər ki, hərbi büdcəmiz artıb, hətta Ermənistanın dövlət büdcəsinə bərabərləşib! Düzdür, demokratik ölkələrdə hərbi paradları bir o qədər də sevmirlər. Amma parad keçirildi. İnsanlar da bunu çoxdan gözləyirdi, amma onu yüz metrlərlə məsafədən seyr etmək məcburiyyətində qaldılar!

Ermənistanın sabiq müdafiə nazirlərindən biri Azərbaycanın müdafiə naziri haqqında maraqlı fikir demişdi: «Mən qalib ordunun müdafiə naziriyəm, amma hərbi rütbəm general-mayordur. O, isə general-polkovnikdir, mən ona marşal olmağı arzu edirəm»! Zənnimcə, izafi şərhə ehtiyac yoxdur!
Ordu ilə bağlı o qədər problem və yazılası məqam var ki! Sözsüz ki, bütün hallarda insanlarda inam olmalıdır və bu inamı sarsıtmaq olmaz. Təbii ki, ordu spesifik qurumdur, hətta qəbul olunur ki, «mahiyyətcə avtoritar» strukturdur. Ona görə də ordu üzərində mülki nəzarət deyəndə bəzi məmurlar daş atıb başlarını tuturlar. Amma sadə bir həqiqəti unudurlar. Hər bir ölkə vətəndaşı orduya çağırışdan hərbi xidmətə qədər bütün məsələlərlə bağlı dəqiq informasiyaya malikdirlər. Çağırışda hansı «nüans»lar var, hərbi xidmət necə keçir, daxili münasibətlər necə qurulur – bunu hər bir valideyn bilir.
Hərbi ekspertlərdən birinin maraqlı fikri oldu: « Həzi Aslanovdan sonra orduda general həlak olmayıb.»

Amma maraqlısı budur ki, indi generalların demək olar ki, əksəriyyəti döyüş meydanında, yaxud elə güclü ordu quruculuğunda xüsusi nailiyyətlərinə görə deyil, hökumətə loyallığı ilə bu rütbəni qazanıb.

Məhz elə buna görə də, burnuna, necə deyərlər, barıt iyi dəymiş, strateji komandanlıq qabiliyyəti olan generalların itkisi ordu üçün ciddi hadisədir. Xüsusilə də onların yeri dolmayanda...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG