Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Son üç ayda 10-dan çox yol polisi vəzifəsindən uzaqlaşdırılıb


Aprelin 15-dən mayın 15-dək Azərbaycanda «Sərxoş sürücü təhlükə mənbəyidir» devizi altında yol hərəkəti təhlükəsizliyi aylığı keçirilir. Bu ilin birinci rübündə 751 sərxoş sürücü cəzalandırılıb. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyir. Polisdə korrupsiya hallarına gəlincə, cənab Əsədovun bildirdiyinə görə, bu ilin ilk üç ayında tutduğu vəzifədə müəyyən nöqsanlara yol verdiyi üçün 10-dan artıq polis əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb: «Bunun səbəbi odur ki, polis əməkdaşı avtoxuliqanı görən kimi, üzünü bu tərəfə tutur, bu qorxaqlıqdır, o, özünü cəncələ salmaq istəmir. Məsələnin bir tərəfi də milli mentalitetimizlə bağlıdır».

Cənab Əsədovun bildirdiyinə görə, son üç ayda 300-ə yaxın avtoxuliqan aşkarlanıb ki, keçən il üçün bu göstərici 500 olub.

Vaqif Əsədov sərnişindaşıma və yol hərəkəti qaydalarını pozan bəzi marşrutlara xəbərdarlıq edərək onları bağlamaqla hədələdi. O, yük maşınlarının şəhərə girişinin qarşısının tam almağın mümkün olmadığını da bildirdi.


XS
SM
MD
LG