Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:46

Nazir Kürqırağı kəndlərin köçürülməsini təklif edir


Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova görə, bu, həm də orada yeni meşə zolağının yaranmasına imkan verər

Hüseynqulu Bağırov
Abşeron yarımadasında neftlə çirklənmiş 15 min hektar ərazi mövcuddur. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov həmin torpaqların təmizlənməsi ilə bağlı nazirliyin 5 proqram hazırladığını və prezidentin həmin proqramlar üçün maliyyə mənbələrinin axtarılması barədə tapşırıqlar verdiyini bildirir.

Nazir Bakı ətrafında – neftlə çirklənmiş Bibiheybət qəsəbəsi ərazisinin də təmizlənərək oranın müasir yaşayış məntəqəsinə çevrilməsi üçün müəyyən ideyaların olduğunu bildirir: «İdeya belədir ki, prezidentin sərəncamı ilə xüsusi fond yaradılsın. Həmin torpaq o fonda verilsin. Ora dünya standartlarına uyğun əsaslı surətdə təmizlənsin. Əvvəl infrastruktur yaradılsın. Sonra da müasir model qurulsun, inkişaf təmin edilsin».


Hüseynqulu Bağırovun verdiyi məlumata görə, rəhbərlik etdiyi nazirlik Xəzərdə vəziyyəti də nəzarətdə saxlayır. Bu yaxınlarda Xəzərdə çirklənməyə görə Hollandiyanın "AA" şirkəti nazirliyin iddiası ilə 200.000 ABŞ dolları məbləğində cərimələnib.

Yaz aylarında Kürün daşması zamanı çayətrafı yaşayış məskənlərində yaranan təhlükəyə gəlincə, cənab Bağırov hesab edir ki, həmin təhlükədən birdəfəlik sığortalanmaq üçün sahildəki yaşayış məntəqələri köçürülməlidir. Yəni həmin ərazi bir növ çaya "bağışlanmalıdır". Bu, həm də orada yeni meşə zolağının yaranmasına imkan verər.


XS
SM
MD
LG