Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

Martın 4-dən «quş qripi»nə şübhəli şəxs qeydə alınmayıb


Qripə yoluxduğu bildirilən 8-ci xəstə barədə martın 30-da məlumat verilsə də, o, martın 4-dən nəzarətə götürüb

"Quş qripi" ilə mübarizə komissiyasının məlumatında deyilir ki, aparılan müşahidələrə görə, son günlər çöl quşları arasında ölüm hallarının sayı kəskin azalıb. Bununla belə, komissiyasının martın 29-da keçirilən son iclasında qərara alınıb ki, arxayınçılıq yaranmasına yol verilməsin. Komissiya Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə tapşırıb ki, "quş qripi"nə görə monitorinqlərin aparılmasını davam etdirsinlər. Həmçinin komissiya çöl quşlarının ovlanmasına qadağanı pozanların məsuliyyətə cəlb olunması haqda aidiyyəti üzrə tapşırıqlar verib.

Qripə yoluxduğu bildirilən 8-ci xəstə barədə martın 30-da məlumat verilsə də, o, martın 4-dən nəzarətə götürüb. Onun analizlərinin cavabı mənfi çıxıb. Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs ancaq kliniki əlamətlərinə görə "quş qripi" xəstəliyinə yoluxmaqda şübhəli bilinir. Nazirlik son sözü London laboratoriyasının cavabından sonra deyəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, martın 4-dən sonra "quş qripi"nə yoluxmaqda şübhəli bilinən xəstə qeydə alınmayıb.


XS
SM
MD
LG