Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Rüşvətin şahidləri


«Praqa piratı» ləqəbli Viktor Kojeni hazırda Baham adalarında yaşayır
«Praqa piratı» ləqəbli Viktor Kojeni hazırda Baham adalarında yaşayır
Azərbaycan rəsmilərinin Kojenidən rüşvət aldığına daha iki nəfər şahid durur. «Blumberq» agentliyi yazır ki, iki keçmiş Amerika rəsmisi məhkəmədə ifadə verməyə razı olub. Onlardan biri müdafiə departamentinin analitiki olmuş Kristina Rastas, o biri Narkotiklər barədə qanunların tətbiqinə nəzarət administrasiyasının agenti Con Pulidir.

Onlar Viktor Kojeni ilə 1997-ci ildə işləyiblər. O vaxt Kojeni Azərbaycan Dövlət Neft Şirkətini almağa çalışırdı. Kojeni şirkəti almaq üçün Azərbaycan rəsmilərinə rüşvət verməkdə günahlandırılır və amerikalı prokurorlar onun məhkəməyə çəkilməsini istəyirlər. Kojeni etdiyini danmır, amma Amerika vətəndaşı olmadığını və Amerika qanunlarının ona şamil edilmədiyini deyir.

Kojeninin Azərbaycanda fəaliyyətiylə balı indiyə qədər bir neçə nəfər ifadə verib. Yeni şahidlər - Con Puli və Kristina Rastas deyirlər ki, Kojeni o vaxtkı prezident Heydər Əliyevə də haqq verib. Kristina Rastas danışır ki, bir dəfə Kojenni və Misirdən olan bir biznesmenlə birgə nahar edirlərmiş. Biznesmen Kojenidən soruşub, azərbaycanlılar neft şirkətini niyə satarlar ki? Kojeni cavabında deyib ki, Azərbaycan hökuməti onun istədiyi hər şeyi edər, çünki prezidentə haqq verir. Kristina Rastas deyir ki, o Kojeniyə vəsaitlərin əsil sahiblərini gizlədən strukturu yaratmağa kömək edib, «köçürüləcək vəsaitləri Azərbaycan rəsmiləri almalı imiş».

1995-ci ildən 2000-ci ilə qədər Kojeninin təhlükəsizlik xidmətinin başçısı olmuş Con Pulli deyib ki, o, Kojeninin vəkilinin Azərbaycan rəsmiləri üçün İsveçrədə bank hesabları açdığını görüb. Pullinin fikrincə Kojeni rəsmilərə qiymətli şeylər verirmiş.

Bundan başqa Con Puli ifadəsində bildirib ki, 1998-ci ildə o, Azərbaycan Dövlət Əmlakı Komitəsinin başçısı Nadir Nəsirovu Nyu-Yorka səfərdə müşayiət edib. Pullinin ifadəsinə görə Nəsirov Nyu-Yorka müalicəyə gedirmiş, xərci Viktor Kojeni ödəyirmiş.

İndiyə qədər məsələylə bağlı bir neçə nəfər Kojeninin bir köməkçisi, bir vəkili və bir sərmayəçi özünü günahkar bilib, indi məhkəməyə yardım edirlər.

Yeni şahidlər Con Puli və Kristina Rastas ifadə verməyə razı olduqlarından onlara məhkəməyə çəkilməyəcəklərini vəd ediblər.
«Praqa piratı» ləqəbli Viktor Kojeni özü hazırda Baham adalarında yaşayır. Amerikaya ekstradisiya olunmamaq uğrunda mübarizə aparır. Onu Çex Respublikasında da axtarırlar. Kojeni Çex şirkətlərindən 1 milyarddan çox pul qoparmaqda günahlandırılır.
XS
SM
MD
LG