Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

«Bizdə oxucu problemi yoxdur»


Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov
Mirzə Fətəli Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov
«Milli Kitabxananın elektron kataloqunun Amerika Konqresinin Kitabxanasındakı kimi olmasını istərdim»-, Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov belə deyir. O, noyabrın 24-də «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olub.

Onun sözlərinə görə, Amerika Konqresinin Kitabxanası ilə birbaşa əlaqələri var: «Biz onların təcrübəsindən yararlanacağıq. Kitabların elektron mətnlərinin yaradılmasında isə Fransa Mİlli Kitabxanasının təcrübəsindən istifadə edəcəyik». Bütün bu işlərə gələn ildən start veriləcək. Belə ki, prezidentin sərəncamına əsasən, 2009-cu ilin fevralından Milli Kitabxanada yenidənqurma işləri aparılacaq. Direktor deyir ki, rəhbərlik etdiyi qurum dünyada ən modern kitabxanalardan birinə çevriləcək və oxuculara yüksək səviyyədə xidmət edəcək.
Kərim Tahirov onu da söylədi ki, 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur. Dünyanın istənilən yerindən www.anl.az saytına daxil olmaqla, fonddakı kitabların siyahısı ilə tanış olmaq, onları sifariş etmək mümkündür:
«Kitabxanada virtual xidmət növü həyata keçirilir. Kitab internet vasitəsilə sifariş verilir, kitabxanaya gələndə, artıq kitab hazır olur. Amma mütləq gərək kitabxananın oxucusu olasan».

Dinləyicilərin «kitabxanada oxucu problemi var» fikri ilə razılaşmayan Kərim Tahirovun sözlərinə görə, kitabxananın oxu zalına adi günlərdə 500-800, şənbə və bazar günləri 1000 nəfərdən çox oxucu müraciət edir: «Bizdə oxucu problemi yoxdur. Axı virtual oxucu anlamı da var. Bizim daimi oxucularımız 38 min nəfərdir, kitabxanaya gələnlər orta hesabla 8 min, virtual istifadəçilərimiz isə 90 mindən çoxdur».

Müsahibimiz dinləyicilərdən birinin «Milli Kitabxananın fondunda müxalifət qəzetlərini, xüsusən də, 1990-95-ci illəri əhatə edən dövrdə nəşr olunan qəzetləri tapmaq müşkül məsələdir» fikrini də qəbul etmədi. Dedi ki, rəhbərlik etdiyi qurumda müxalifət-iqtidar ayrıseçkiliyi yoxdur: «Milli Kitabxana bütün mətbuatı oxuculara təqdim edir. Ola bilər ki, həmin dinləyici düzgün ünvana müraciət etməyib. Bundan başqa, 90-cı illər təlatümlü dövr olub. Bəzi qəzetlər kitabxanaya çatdırılmayıb. Biz həmin qəzetləri axtarıb, tapırıq».

Milli Kitabxana dünyanın 60-a qədər ölkəsi ilə kitab mübadiləsi aparır. 1 il ərzində xaricdən 2500 kitab alınır. Milli Kitabxana Avropa Elektron Kitabxanasının da üzvüdür. Dünyanın 27 aparıcı ölkəsinin milli kitabxana fond və kataloqları oxucular üçün açıqdır. Bunu da Kərim Tahirov dedi. O, əlavə etdi ki, kitabxananın fondunda saxlanılan ən qədim material 1577-ci ildə nəşr olunan «Türklər haqda 12 məsləhət» kitabıdır: «Bu kitab Almaniyada çap olunub. Kitabxananın 85 illik yubileyi münasibətilə ilə keçirilən sərgidə kitab nümayiş olundu. Qonaqların ən çox maraqlandığı kitab məhz bu oldu. Kitabın mikro-film variantı hazırlanıb və oxuculara verilir».

Buna da bax:

XS
SM
MD
LG