Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:38

Salyanda H5N1-in insanlara yoluxma mənbələri hələ aşkar olunmayıb


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov virusla bağlı ölkədə fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac görmür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri hələ də Salyan rayonunda insanların «quş qripi»nə necə yoluxması yollarını araşdırırlar. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar bir neçə gündən bəri araşdırmaları davam etdirsələr də, H5N1 virusunun insanlara yoluxma mənbələrini aşakar edə bilməyiblər. Baş həkim deyir ki, əslində, rayonun Dayıkənd kəndində Əsgərovlar ailəsində iki nəfərin «quş qripi»nə necə yoluxduğu onlara təxmini məlumdur. Amma həmin ailənin deyilənləri təkzib etməsi onları bir qədər çətin vəziyyətə salıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görəsə, təxminən 10 günə yaxındır ki, «quş qripi»nə yoluxma ilə bağlı yeni hal qeydə alınmayıb.


Mülki Müdafiə Alayının və Sularda Xilasetmə İdarəsinin əməkdaşları Salyan, Neftçala və Abşeron yarmadasında sahil sularının ölü quşlardan təmizlənməsi və dizinfeksiya işlərini davam etdirirlər. Bunu isə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov martın 21-də jurnalistlərlə söhbətində deyib. Ölkədə fövqəladə vəziyyətin elan olunması ehtimalları ilə bağlı suala gəldikdə, cənab Heydərov buna ehtiyac olmadığını bildirib.


XS
SM
MD
LG