Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

«Əsgər anaları müsibətlər barədə danışmağa qorxurlar»


Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr müavini Sədaqət Paşayeva
Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatının sədri Sərdar Yusifoğlu və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr müavini Sədaqət Paşayeva
Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatı Azərbaycan Silahlı Qüvvələrində baş verən «dedovşina» halları ilə bağlı dəyirmi masa keçirib. «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan təşkilatın sədri Sərdar Yusifoğlu dəyirmi masa barədə məlumat verdi. Dedi ki, orduda baş verən nizamnamədən kənar halların video-görüntüsünü Azərbaycan ictimaiyyəti çox sakit, təmkinlə qarşılayıb:

«Bizim təşkilatın koordinatoru hərbi xidmətdən yeni gəlib. Onun söhbətlərindən də belə başa düşülür ki, orduda dəhşətli dərəcədə problemlər var. Biz bu problem haqda dəyirmi masada müzakirə açdıq. Müdafiə Nazirliyi, Daxili Qoşunlar Komandanlığından da nümayəndələr dəvət etdik ki, qarşılıqlı debatlar olsun. Amma təəssüf ki, onlar tədbirə gəlmədilər».

Sərdar Yusifoğlunun fikrincə, problemin kökündə hərbçilərin təhsil səviyyəsinin aşağı olması, vətənpərvərlik ruhunun istənilən şəkildə aşılanmaması dayanır.

«Ordudakı neqativ hallara dair əsgər analarından şikayətlər alırıq. «Dedovşina» daha çox komandir heyətinə yaxın əsgərlər tərəfindən həyata keçirilir. Amma təəssüf ki, bizə çox az valideyn müraciət edir. Analar əzab-əziyyətlə böyütdükləri oğullarının başına gətirilən müsibətlər barədə danışmağa qorxurlar». Bunu isə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədr müavini Sədaqət Paşayeva deyir. Onun fikrincə, qadınlar yalnız problem həddini aşanda məcburiyyət qarşısında qalıb aidiyyatlı orqanlara müraciət edirlər:

«Bu, hər kəsin özündən, məhəlləsindən, ailəsindən keçən problemdir. Ordu təkcə orduda olanların problemi deyil. Cəmiyyət bu problemin həllində aktiv iştirak etmir. Bəlkə də yollarını bilmirlər. Ona görə də bir qadın təşkilatı kimi seminarlarımızda maarifləndirmə tədbirlərinə ciddi toxunuruq».

Buna da bax:

XS
SM
MD
LG