Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

«Sərnişinlərin səbri daralıb»


Azərbaycan Dəmiryol İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov
Azərbaycan Dəmiryol İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov
«İndi Azərbaycanın dəmiryolu Avropaya inteqrasiya edir. Yaxın vaxtlarda Avropaya çıxış əldə edəcəyik. Bu da Bakı-Tbilisi-Qars xətti vasitəsilə baş tutacaq».

Bunu «Can Bakı»ya Azərbaycan Dəmiryol İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, artıq Gürcüstan tərəfində xəttin çəkilişi ilə bağlı işlər bərpa olunub.

N.Əzməmmədov bildirir ki, dəmiryolunun inkişafına dair 2008-2012-ci illər üçün Dövlət Proqramında Bakıdan Böyükkəsiyə kimi xətlərin yenidən qurulması, yeni lokomotivlərin, vaqonların alınması nəzərdə tutulub:

«Bu yolda 45 stansiya var ki, hazırda orda yenidənquma işləri aparılır. Biz dəmiryolunu Avropa standartlarına uyğunlaşdırırıq. Gələcəkdə Azərbaycan dəmiryolunda sərnişindaşıma yüksək səviyyədə olacaq».

Nadir Əzməmmədov dəmiryol vağzalında kassalarda bilet satışındakı neqativ halların mövcudluğundan da danışıb. O deyir ki, bilet almaq istəyən sərnişinlər kassaya vaxtında müraciət etsinlər, orda qanunsuz bilet satışı ilə məşğul olanlara inanmasınlar.

Mətbuat katibi dəmiryolunda bilet çatışmazlığını qiymətin çox ucuzluğu izah edir:

«Ona görə də insan axını çoxdur. Bilet satışı 10 gün əvvəldən aparılır. Amma indi nədənsə sərnişinlərin səbri daralıb. Hamı dərhal bilet istəyir. Bakıda 30 kassa fəaliyyət göstərir. Gələcəkdə rayon mərkəzlərində də bilet satışı kompyuterləşdiriləcək. Onda bileti almaq üçün kassaya gəlmək lazım olmayacaq, sərnişinlər elə evdən sifariş edəcəklər».

Qatarlardakı natəmizlik barədə iradlarla razılaşmayan N.Əzməmmədov söyləyir ki, qatarlar sanitar-epidemioloji baxışdan keçməmiş xəttə buraxılmır.

Buna da bax:

XS
SM
MD
LG